ABŞ-ın keçmiş prezident müşaviri Robert Kelloqun Kiyevə səfərindən sonra paytaxtda nisbətən sakitlik müşahidə olunur. Lakin Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bu sakitliyin Kelloqun səfəri ilə əlaqəli olmadığını bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda əsas diqqətini şərq və cənub cəbhələrinə yönəldib. İqnat qeyd edib ki, Kiyevdəki müvəqqəti sakitlik təhlükənin azalması demək deyil.
> “Düşmən qüvvə və vasitələrini, o cümlədən raket və dron zərbələrini operativ vəziyyətə uyğun şəkildə yenidən bölüşdürür. Kiyev və digər böyük şəhərlər hələ də risk altındadır,” – deyə o vurğulayıb.
İqnat əlavə edib ki, Rusiya ordusu Ukraynanın hava hücumundan müdafiə sistemlərini sınamaqda davam edir və istənilən an istiqamətini dəyişə bilər.
//Samir Qurbanov, Editor.az

