İyunun 20-nə keçən gecə Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Bütün hədəflər paytaxta yaxınlaşarkən vurulub.
Editor.az bildirir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko Telegram-da məlumat verib: “İlkin məlumatlara görə, düşmənin pilotsuz təyyarələri cənubdan buraxılıb, Nikolaev, Kirovoqrad, Dnepropetrovsk, Poltava və Çerniqov vilayətlərindən keçib və şimal-şərqdən Kiyevə hücum etməyə cəhd edib”, – deyə Popko bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə Kiyevə yaxınlaşmalarda düşmənin bütün hədəfləri məhv edilib: “Hazırda paytaxtda dağıntı və tələfat qeydə alınmayıb (əməliyyat hesabatı məlumatları yenilənir və dəqiqləşdirilir),” – Popko deyib. Şəhər hərbi administrasiyasının rəhbəri əlavə edib ki, Tu-95MS strateji bombardmançı təyyarələrdən qanadlı raketlərdən istifadə təhlükəsi var, lakin raket buraxılışları əvvəllər təsdiqlənməyib və Ukrayna hava məkanında onların uçuşu izlənilməyib.
//Samir Qurbanov, Editor.az

