Sentyabrın 6-na keçən gecə düşmən Kh-101/555/55 tipli qanadlı və ballistik raketlərlə Kiyevə hücum edib.
Editor.az xəbər verir ki, bu barədə Telegram-da KMVA rəhbəri Sergey Popko məlumat verib.
“Düşmən dinc əhalini öldürmək və infrastrukturu məhv etmək məqsədilə paytaxta növbəti raket hücumu edib.
Əvvəllcə Saratov vilayətindən “Tu-95MS” strateji aviasiya təyyarəsindən X-101/ 555 / 55 tipli qanadlı raketlər atılıb. Paytaxt istiqamətində hərəkət edən düşmənin bütün hədəfləri hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib.
Bu dəqiqəyə qədər Kiyevdə itki və dağıntı yoxdur. Vurulan hava hədəflərinin sayı və növləri ilə bağlı rəsmi məlumatlar ümumiləşdirildikdən sonra Hərbi Hava Qüvvələri tərəfindən dərc olunacaq”, – Popko deyib.
//Samir Qurbanov, Editor.az