Oktyabrın 7-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kiyev və Xmelnitski vilayətinin Starokonstantinov şəhərləri üçün yüksək sürətli hədəflər barədə xəbərdarlıq edib. İlkin məlumata görə, paytaxta doğru uçan “Kinjal” aeroballistik raketləri vurulub.
Editor.az bildirir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. İlkin məlumatlara görə, bütün hava hədəfləri vurulub və onların qalıqları paytaxtın iki rayonuna – Qoloseyevski və Solomenski rayonlarına düşüb.
Kiyevin meri Vitali Kliçko aydınlaşdırıb ki, Solomenski rayonunda dağıntıların düşməsi nəticəsində yanğın başlayıb.
//Samir Qurbanov, Editor.az

