Kiyevə gecə hücumunun ilkin nəticələri açıqlanıbbackend

Kiyevə gecə hücumunun ilkin nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 12-nə keçən gecə ruslar Kiyevə növbəti raket hücumu həyata keçirib.

Düşmən müxtəlif növ silahlardan, o cümlədən- Tu-95MS strateji bombardmançı təyyarələrindən şəhərə doğru X-101/X-555/X-55 qanadlı raketlər buraxıb. İlkin məlumatlara görə, ballistik raketlər də buraxılıb”, – KMVA xəbər verir.

Hava hücumu xəbərdarlığı təxminən 2 saat davam edib. Ukrayna müdafiəçiləri bütün hava hədəflərini vurublar. Raketlərin dəqiq sayı və növü hələ ki, açıqlanmayıb. İlkin məlumata görə, paytaxta hücum nəticəsində tələfat və dağıntı olmayıb.

//Samir Qurbanov, Editor.az