Kiyevə nüvə zərbələri endirilə bilərbackend

Kiyevə nüvə zərbələri endirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdəki “İdarəetmə mərkəzi” – baza düşərgəsinin altındakı bunker rusiyalı əsgərlərin əsas hədəfinə çevrilə bilər.

Bununla əlaqədar ekspertlər Ukrayna paytaxtının mərkəzi hissəsinə raket hücumlarının artacağını, hətta nüvə zərbəsinin də endirilə biləcəyini proqnozlaşdırırlar.

Bu barədə Editor.az “Seqodnya”ya istinadən yazır. Hərbi ekspert Oleq Jdanovun sözlərinə görə, rusların “zərbə vurmaq vaxtıdır” bəyanatları siyasi xarakter daşıyır: “Bu, onların zərbə vura biləcəyindən xəbər verir. Bu, nə dərəcədə uğurlu ola bilər, məqsədlərinə çatacaqlarmı – bu, bizim hava hücumundan müdafiə sistemimizin imkanlarından asılı olacaq. Əgər düşmən nüvə silahından istifadə edərsə, o zaman müharibə tamam başqa müstəviyə keçəcək.

Rusiya üçün nəticələri tamamilə başqa olacaq. İdarəetmə mərkəzinə gəlincə, o, yaxşı qorunur. Özü də çox yaxşı. O, Sovet dövründə mümkün nüvə zərbəsinin gözləntiləri ilə tikilib. Silah texnologiyası çoxdan irəli getsə də, mən təkrar edirəm, obyekt yaxşı qorunur”, – ekspert qeyd edir. Jdanov təklif edir ki, paytaxta yeni zərbələr dalğası Moskva üçün qisas ola bilər.