Kiyevə PUA hücumubackend

Kiyevə PUA hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Ukraynanın paytaxtı Kiyevə 54 pilotsuz təyyarə ilə edilən hücumda bir nəfər həlak olub.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, İran istehsalı olan 54 “Sahed” pilotsuz təyyarəsinin vurulduğu şəhərdə 41 yaşlı kişi ölüb.

Kliçko hücumdan sonra geniş bir ərazidə başlayan yanğının nəzarət altına alındığını və binalara böyük ziyanın dəydiyini bildirib. Ukrayna Müdafiə Nazirliyi bazar günü edilən hücumlarda Rusiyanın 54 pilotsuz təyyarəsindən 52-nin vurulduğunu qeyd edib.

Onu da qeyd edək ki, Rusiya silahlı qüvvələrinin cümə günü Ukraynanın Dnepr şəhərində psixologiya və baytarlıq klinikasına raket hücumu nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb. Ukrayna ordusundan verilən açıqlamada Rusiyanın müxtəlif bölgələrə atdığı 17 raketdən 10-nun məhv edildiyi bildirilib. Rusiyaya məxsus İran istehsalı olan 31 pilotsuz təyyarədən 23-nün vurulduğu da qeydə alınıb.

//Safura Bənnayeva, Editor.az