Kiyevə PUA hücumu: 3 nəfər həlak oldubackend

Kiyevə PUA hücumu: 3 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində 3 nəfər həlak olub, biri uşaq olmaqla 7 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Bildirilib ki, Kiyev vilayətində Rusiya dronları Obuxovski rayonundakı yataqxanaları vurub. Dağıntılar altında ola biləcək 3 mülki şəxsin axtarışları davam edir.