Kiyevə səhər hücumu zamanı düşmənin bütün hava hədəfləri vurulubbackend

Kiyevə səhər hücumu zamanı düşmənin bütün hava hədəfləri vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, mayın 29-da səhər rus işğalçıları Kiyev vilayətinə bu ay sayca on altıncı dəfə kütləvi zərbə endiriblər.

Editor.az Kiyev şəhər hərbi administrasiyasının məlumatına istinadən bildirir ki, düşmənin paytaxta atılan bütün hədəfləri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. “İlkin olaraq bütün hava hədəfləri hava hücumundan müdafiə qüvvələrimiz və vasitələrimiz tərəfindən uğurla atəşə tutulub. Mövcud məlumata görə, Kiyevdə obyektlərə heç bir zərər dəyməyib. Məlumatlar işlənilir və dəqiqləşdirilir.

Hücum vasitələrinin qalıqlarının müxtəlif yerlərində düşməsi qeydə alınıb. Obolonski rayonunda 3, Desnyanski və Dneprovskidə hər birində bir hadisə baş verib. Kritik ziyan dəyməyib. Qurbanlar barədə məlumat hələ də dəqiqləşdirilir”, – KŞHA rəhbəri Sergey Popko bildirib. Popko həmçinin dəqiqləşdirib ki, hücum zamanı düşmən ballistik tipli silahlardan istifadə edib. Belə bir ehtimalın olduğu ərəfədə Hərbi Hava Qüvvələrində, zərbənin “İskəndər”lərdən istifadə edilərək verilə biləcəyinə də dair məlumat verilir.

//Samir Qurbanov,Editor.az