Kiyevin işğalı üçün xüsusi hazırlıqlı hərbi qruplaşmalar cəlb olunubbackend

Kiyevin işğalı üçün xüsusi hazırlıqlı hərbi qruplaşmalar cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən sutka ərzində düşmən Kiyevə hücum təşkil etmək üçün hərbi birləşmələri yenidən təşkil etməyə və İzyumda terrora əl atıb.
Editor.az UNIAN-a istinadən xəbər verir ki,   Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. Məlumatda qeyd olunur ki, işğalçılar döyüşə daha hazır birləşmələri və bölmələri cəlb etməyi planlaşdırırlar. Onların arasında Rusiya Qvardiyasının Ramzan Kadırov adına xüsusi alayı (Qroznı), Kuzbass SPP-nin 27-ci dəstəsi (Kemerovo), 604-cü mərkəzi SPP “Vityaz” (Moskva) və “Liqa” adlı özəl hərbi kompaniya (keçmiş “Vaqner”) də var. İzyum şəhərini tutmağa çalışarkən terrora əl atıb, mülki binaları və infrastrukturu atəşə tutublar. Lakin tez bir zamanda ağır itkilər verərək geri çəkilib. Onu da xatırladaq ki, Ukrayna hərbçiləri Xarkov yaxınlığında rusiyalı general-mayor Vitali Gerasimovu da zərərsizləşdiriblər.
//Gülnarə Abasova, Editor.az