Kiyevin mərkəzində bir qrup naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin hərbçisi olan Krım və Simperipol mitropoliti Klementə hücum edib.
Hadisə Müqəddəs Mixail kilsəsinin yaxınlığında baş verib. Milli Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.
Polis bu gün sosial şəbəkələri izləyərkən hücumla bağlı məlumat aşkarlayıb. “Hadisə yerinə istintaq qrupu gəlib, zərərçəkmişlə əlaqə saxlayır və bütün hallar aydınlaşdırır”, – polis qeyd edib.
//Samir Qurbanov, Editor.az