Kiyevlə danışıqlar yalnız Ukraynada rejim dəyişikliyindən sonra mümkün olacaq – Rusiya Təhlükəsizlik Şurasının sədr müavinibackend

Kiyevlə danışıqlar yalnız Ukraynada rejim dəyişikliyindən sonra mümkün olacaq – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Kiyevlə danışıqlar o zaman aparıla bilər ki, Ukraynada ölkə vətəndaşları qarşısında məsuliyyəti dərk edən insanlar olsun.

Onun fikrincə, onlar yalnız ölkənin siyasi rəhbərliyində dəyişiklik olandan sonra meydana çıxacaqlar. “Söhbət ondan getmir (Ukrayna prezidenti Vladimir Zelenski). Amma fakt budur ki, indi Kiyevi idarə edən elita getməlidir. Kimisi xoşluqla, kimisə də məcburi”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Dmitri Medvedev bəzi Qərb siyasətçilərinin danışıqlara çağırışlarını hiyləgər addım adlandırıb. O, döyüşləri dayandırmağı təklif etdiklərini, bunun nəticəsində “Rusiya torpaqları öz aid olduğu ölkəyə qayıtmayacağını”, Ukraynanın isə “fasilə alacağını” və əks-hücum əməliyyatını bərpa edəcəyini bildirib.

//Samir Qurbanov, Editor.az