Kiyevlə Moskva əsirləri dəyişdilərbackend

Kiyevlə Moskva əsirləri dəyişdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Editor.az report-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova “Russia Today” telekanalının “Antonimlər” proqramının efirində təsdiqləyib.

O, bunun ilk mübadilə olduğunu deyib.

“Birinci mübadilə oldu – doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Eyni zamanda martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sum vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.