Koalisiyaya məxsus döyüş təyyarəsi İraq-Suriya sərhədində buraxılış qurğusunu məhv edibbackend

Koalisiyaya məxsus döyüş təyyarəsi İraq-Suriya sərhədində buraxılış qurğusunu məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus döyüş təyyarəsi İraqdakı Rumalin koalisiya bazası yaxınlığında beş raket atdıqdan sonra İraq-Suriya sərhədində buraxılış qurğusunu məhv edib.

Editor.az xəbər verir ki, bu barədə iki İraq təhlükəsizlik mənbəsi və bir ABŞ rəsmisi “Reuters”ə agentliyinə bildirib. Rumalin bazasına hücum zamanı ABŞ hərbçilərindən heç kim xəsarət almayıb. ABŞ rəsmisi bunu “səhvən baş vermiş raket hücumu” adlandırıb.

Daha sonra rəsminin sözlərinə görə, ABŞ-ın İraq və Suriyadakı koalisiyanın təyyarəsi buraxılış yerinə zərbə endirib. İraqdakı iki təhlükəsizlik mənbəsi və yüksək rütbəli ordu zabiti Suriya ilə sərhəddə yerləşən Zummarda raket atıcısı olan kiçik bir yük maşınının dayandığını bildirib.

Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi İraqın “Kətaib Hizbullah” hərəkatının ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı irəliləyiş olmaması səbəbindən ABŞ qüvvələrinə qarşı hücumları bərpa etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az