Kobaxidze: Gürcüstan–ABŞ münasibətləri yenidən qurula bilərbackend

Kobaxidze: Gürcüstan–ABŞ münasibətləri yenidən qurula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisi ilə strateji tərəfdaşlığın bərpası məsələsində passiv mövqe sərgilədiyini bildirib.

Editor.az xəbər verir ki, “ümid edirik ki, strateji tərəfdaşlıq yenidən nəzərdən keçiriləcək.

Əgər ‘dərin dövlət’ mövqeyini gücləndirməsə, düşünürəm ki, Gürcüstan ilə ABŞ arasında münasibətlərin yenidən qurulmasına heç nə mane ola bilməz”, – deyə Kobaxidze vurğulayıb.

Xarici işlər naziri Maka Boçorişvili isə daha əvvəl bəyan etmişdi ki, Gürcüstan ABŞ ilə strateji əməkdaşlığa hazırdır və Tbilisi iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsini dəstəkləyir.

//Samir Qurbanov, Editor.az