KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedirbackend

KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin inkişafına köklənib”.

Bunu İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov V illik Transxəzər Forumunda çıxışı zamanı deyib.

O.Məmmədov bildirib ki, KOBİA işğaldan azad edilmiş ərazilərdə xarici investorların iştirak edə biləcəyi uyğun layihələr üzərində işləyir: “Biz bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazırıq”.

Xatırladaq ki, İsrail, Türkiyə, İran şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlı olduqlarını ifadə ediblər. Həmçinin, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd və süd məhsulları istehsal edən müəssisə yaradılacaq.