Polis əməkdaşları İstanbul ətrafında əməliyyat keçirib.
Editor.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyat zamanı “Procter & Gamble” zavodunda olan bütün girovları azad ediliblər. Silahlı şəxs 7 nəfəri 9 saatdan çox saxlayıb evdə hazırlanmış partlayıcı kəmər taxıb.
Hadisə yerinə gələn polis əməkdaşları güc tətbiq edərək hücumçunu zərərsizləşdiriblər. Müvafiq məlumatı daha sonra müəssisənin yerləşdiyi Kocaeli vilayətinin valisi də təsdiqləyib. “Lazım olan edildi. Cinayətkar zərərsizləşdirildi”, – Seddar Yavuz qeyd edib.
//Samir Qurbanov, Editor.az

