Koçaryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib- Politoloqbackend

Koçaryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda növbədənkənar parlament seçkilərində R. Koçaryanın “Hayastan” blokuda ana müxalifət olaraq seçkilərdə ikinci yeri əldə edib. Məhz R. Koçaryanın blokunun parlamentdə yer alması əsasən iclasların reqlamentini pozmaq və dava salmaqla ümumi gedişata təsir etməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Ermənistan parlamentdə müxalif fraksiyasının rəhbəri sabiq müdafiə naziri S. Ohanyan və digər müxalifət deputatlar hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvülərinə qarşı hücum edir:

” Demək olar ki, Ermənistan parlamenti döyüş meydanına çevrilib. Elə bir vəziyyət yaranıb ki, iclas zalının arxasında hərbiçilər dayanır və əlbəyaxa davalara müdaxilə edilir. Bundan sonra, parlamentin iclasları bu kimi formada davam edəcək. Hətta muxalif deputatların zaldan kənarda silaha əl atması da mümkündür. R. Koçaryan meydanda edə bilmədiyi təxribatları parlament zalına gətirib və  bu hökumətin işinə mane olmağı hədəfləyir”.

//Gülnarə Abasova, Editor.az