Koçaryanın Moskva səfəri və Qazax təxribatı – Ermənistanda revanşizm əhval ruhiyyəsi…backend

Koçaryanın Moskva səfəri və Qazax təxribatı – Ermənistanda revanşizm əhval ruhiyyəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxın 7 kəndini Ermənistan geri vermirsə, texribatlar edəcəksə, hərbi əməliyyat keçirib 7 kəndi işğaldan azad etmək mütləqdir. Hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, 7 kənd ərazisində keçiriləcək və bu da Azərbaycan ərazisidir. Ermənistana ultimatum verilməlidir, ya kəndləri boşalmalıdır, ya da hərbi əməliyyatlara başlanmalıdır”.

Editor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq Koçaryanın Moskva səfərini belə şərh edib:

“Ermənistanda revanşizm əhval ruhiyyəsi qalmaqdadır. Eks-prezident Robert Koçaryan Moskvaya gedir. Öz siyasi imicini seçki qabağı qaldırmaq üçün Rusiyadan yeni partiya silahların pulsuz alınması üçün Kreml rəsmilərindən xahiş edəcək. Bunu onunla əsaslandıra bilər ki, öz daxili siyasi reytinqini qaldırsın. Ermənistan ordusu darmadağın edilib. Bu ölkənin hərbi texnikaya, silahlara ehtiyacı var. Koçaryan çalışacaq ki, köhnə silahlarda olsa, öz adı ilə bağlı Moskvadan əliboş qayıtmasın. Moskvada R.Koçaraynın məhz daxili auditoriyada siyasi dəstəyini qaldırmaq üçün Koçaryana silahlar verə bilər.

Amma bu həlledici olmayacaq. Ermənistanda köhnə qvardiyanın hakmiyyətə seçki yolu ilə gəlməsi mümkün deyil”.

M.Əsədullazadə bildirib ki, Paşinyan seçkidən əvvəl Qazaxın kəndlərini qaytarmamağa çalışacaq:

Qeyd edim ki, seçki qabağı Paşinyan çalışacaq ki, Qazaxın kəndlərini qaytarmasın. İqtidar, bununla bağlı hərbi əməliyyatlara ehtiyac olacaqsa, buna getməli və sərhəd kəndləri işğaldan azad etməlidir.

Yenisabah