Köçəryan Laçını qaytarmağa hazır idi: sonra… – Detallarbackend

Köçəryan Laçını qaytarmağa hazır idi: sonra… – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim Qarabağ ətrafındakı yeddi rayona baxışımız zamanla dəyişdi. Biz onları müdafiə məqsədilə götürmüşdük və deyirdik ki, nə zaman təhlükəsizlik zəmanəti olsa, onları geri verəcəyik.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ermənistanın eks-prezidentinin baş müşaviri Jirayr Liparidyan deyib.

“1992-ci ildə biz Laçını götürəndə Robert Köçəryan bəyanat yayaraq, təhlükəsizlik zəmanəti alan kimi Laçını geri qaytaracağı vədini verdi. O, məndən bu bəyanatın mətnini yazmağı xahiş etdi. Çox az adam bu barədə bilir və Köçəryan da çətin ki, yada salmaq istəsin. Bir sözlə, biz bu rayonları müdafiə məqsədilə götürmüşdük və onları təhlükəsizlik zəmanəti ilə əvəzləməyə hazır idik.

Sonra bu rayonlar danışıqlar predmeti oldu. Bundan sonra isə belə bir ifadə səsləndi: “Biz onları erməni torpağı olduğu üçün qaytara bilmərik”.

Bu baxışın formalaşmasında vacib rolu keçmiş Baş nazir Vazgen Sərkisyan oynayıb (Qeyd edək ki, V.Sərkisyanın həmin əraziləri qaytarmaq istədiyi üçün parlamentdə güllələndiyi haqda ciddi məlumatlar var – red.). O təsdiqləyirdi ki, rayonları geri qaytarmaq lazım deyil. Onun belə məntiqi var idi ki, əsgərlərin qanı ilə ələ keçirilən torpaqlar geri verilə bilməz”, – deyə o bildirib.

Liparidyan Vazgen Sərkisyanın ölümündən 3 həftə öncə onunla görüşdüyünü və onun danışığından Köçəryanı Ter-Petrosyana qarşı dəstəklədiyi üçün peşmanlıq hissi keçirdiyini gördüyünü bildirib.

Onun sözlərinə görə, Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmaması sayəsində ermənilərin “haqlarını müdafiə üçün” apardıqlarını təbliğ etdikləri savaş ərazi ekspansiyası ilə əvəzləndi ki, bu da onların xeyrinə olmadı:

“Biz həmişə öz-özümüzə danışmışıq. Ən pisi də odur ki, biz danışıqları özümüz-özümüzlə aparmışıq. Biz Azərbaycanın bizə nə verdiyini və nə verəcəyini tədqiq edib, öyrənməyə cəhd etməmişik. Biz sadəcə qərarlaşdırdıq ki, Azərbaycan bizə dəyərli heç nə verə bilməz”.

Loading...