Köçəryandan şok açıqlama:  “Müharibədən 3 gün əvvəl…”backend

Köçəryandan şok açıqlama: “Müharibədən 3 gün əvvəl…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin ikinci günü Qarabağa getdiyim zaman iki qrup orada nə etdiyimi izləyirdi”.

Editor.az “Armenian News”a istinadla xəbər verir ki, bunu “Ermənistan” blokunun fəalları ilə görüşündə Robert Köçəryan bildirib.

Ermənistanın ikinci prezidentinin sözlərinə görə, mövcud hakimiyyət ölkənin təhlükəsizlik sistemini məhv edib. “Normal Milli Təhlükəsizlik Xidmətimiz olsaydı, Ermənistandakı rejim müharibədən 3 gün əvvəl Türkiyənin müharibədə iştirak etməyəcəyini bəyan etməzdi. Hökumət iclasında şeytanı axtarma əmri versələr, Milli Təhlükəsizlik Xidmətinin direktoru “bəli” deyəcək. Halbuki MTN peşəkar kadrlardan ibarətdir və biz qısa zamanda bu sahədə nəticə əldə edəcəyik”.

//yenisabah.az