Kaliforniya qubernatoru Qevin Nyusom zəlzələ ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edən sənədi imzalayıb. Fövqəladə vəziyyətlə əlaqədar daha əvvəl elan edilmiş sunami təhlükəsi ləğv edilib.
X sosial şəbəkəsində dərc olunan mesajda cənab Nyusom yazıb ki, fövqəladə tədbirlər təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün əlavə resursların səfərbər edilməsinə imkan verəcək. Kaliforniya qubernatorunun sözlərinə görə, səlahiyyətlilər ştat sakinlərinin lazımi təhlükəsizliyini təmin etmək və onları ehtiyat tədbirləri barədə operativ məlumatlandırmaq üçün çalışırlar.
Dünən, dekabrın 5-də Şimali Kaliforniya sahillərində 7 bal gücündə zəlzələ baş verib. Seysmik aktivliyin mənbəyi təxminən 10 km dərinlikdə yerləşib. Seysmik aktivlikdən sonra ştatın kontinental hissəsində 5,8 bal gücündə afterşok qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az

