Bütün maraqlı tərəflər Ermənistana KTMT missiyasını göndərməyə hazırdır.
Editor.az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, indi məsələ İrəvanın üzərinə düşür.
Onun sözlərinə görə, KTMT missiyasının Ermənistana nə vaxt gedəcəyi Yerevandan asılıdır – Moskva artıq öz mövqeyini bildirib. Təşkilatın Ermənistandakı sülhməramlı missiyası Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə kömək edəcək. Diplomat qeyd edib ki, həm Rusiya, həm də onun müttəfiqləri missiyanı işə salmağa hazırdır, lakin xatırladıb ki, bu cür məsələlər əsasən KTMT Şurası tərəfindən həll edilir.
//Samir Qurbanov,Editor.az

