Kolumbiyanın Hava Hücum Aviasiya Diviziyasına məxsus “Black Hawk” helikopteri Panama ilə sərhəddə yerləşən Choco departamentində qəzaya uğrayıb.
Editor.az “El Tiempo”ya istinadən xəbər verir ki, helikopterin göyərtəsində yeddi əsgər olub, onlardan dördü həlak olub. Üç hərbçi ağır vəziyyətdə tibb məntəqələrinə çatdırılıb. Qəzet xəbər verir ki, fevralın 5-də axşam saatlarında helikopter heyəti ilə əlaqə kəsilib.
Kolumbiya Milli Ordusu hadisənin səbəbini müəyyən etmək üçün Panama hakimiyyəti ilə əlaqə saxlayıb. Daha sonra ordunun mətbuat xidməti helikopterin qəzaya uğradığını təsdiqləyib. Kolumbiya tərəfinin məlumatına görə, ekipaj helikopter meydançasına yaxınlaşarkən idarəetməni itirib və qəzaya uğrayıb.
//Samir Qurbanov, Editor.az

