Kolumbiya iki rus diplomatı deportasiya etdibackend

Kolumbiya iki rus diplomatı deportasiya etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya Rusiyanın Boqotadakı səfirliyində iki diplomatın qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu açıqlayıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, diplomatlardan ölkəni tərk etmələri istənilib.

“Bu qərar diplomatik münasibətlər üzrə Vyana konvensiyasının müddəalarına qarşı fəaliyyət göstərdiklərini təsdiqlədikdən sonra qəbul edildi”,- deyə XİN-dən bildirilib.

Rus diplomatlar ölkədəki enerji infrastrukturu, texnoloji potensial və hərbi kəşfiyyat sahəsində casusluq etməkdə günahlandırılıb.