Kolumbiya İsraillə diplomatik əlaqələrini kəsdiyini elan etdibackend

Kolumbiya İsraillə diplomatik əlaqələrini kəsdiyini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlara görə mayın 2-dən etibarən İsraillə diplomatik əlaqələri kəsir.

Editor.az bildirir ki, bu barədə “Reuters” yazıb. Nəşr xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro mayın 1-də Boqotada yürüş zamanı deyib: “Sabah İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək… soyqırım törədən prezidentə görə. Fələstin ölsə, bəşəriyyət öləcək.

Biz onun ölməsinə icazə verməyəcəyik”, – o deyib. Kolumbiyanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, ölkə “soyqırım və müharibə cinayətlərində ciddi ittihamlarla üzləşən hökumətlə diplomatik əlaqələr saxlaya bilməz”. Kolumbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir: “Kolumbiya [İsrailin hərəkətlərinin] səbəb olduğu böyük və izahsız insan iztirablarına biganə qala bilməz, buna görə də mayın 1-də prezident Petro mayın 2-dən etibarən İsraillə diplomatik münasibətləri kəsmək qərarını açıqlayıb”.

Nazirlik qeyd edib ki, münaqişənin həlli üçün əsas BMT-nin 1967-ci il tarixli 242 saylı qətnaməsində razılaşdırılmış sərhədlər daxilində müstəqil Fələstinin yaradılması olmalıdır. Xarici İşlər Nazirliyi qərarın sırf diplomatik münasibətlərin kəsilməsinə aid olduğunu və İsrail xalqına və yəhudi icmalarına qarşı yönəlmədiyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az