Kolumbiya 2022-ci ildə 1738 ton kokain istehsal edib ki, bu da 2021-ci illə müqayisədə 24% çox və rekord göstəricidir.
Editor.az bildirir ki, məlumat Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) illik hesabatında əksini tapıb. Kolumbiyanın payına qlobal kokain istehsalının 60%-i düşür. Bu ölkədə koka kollarının tutduğu sahə il ərzində 13% artaraq hazırda 230 min hektar təşkil edir.
Bütün koka bitkilərinin təxminən 65%-i Narinyo, Norte Santander və Putumayo departamentlərində yerləşir. Eyni zamanda, Putumayoda koka əkin sahəsi 77% artıb. Kolumbiyanın ədliyyə naziri Nestor Osuna 2022-ci ildə koka bitkilərinin artımının 2021-ci ilə nisbətən əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir.
Həqiqətən, BMT-nin məlumatına görə, 2021-ci ildə koka bitkiləri 2020-ci ilə nisbətən 43%, 2022-ci ildə isə cəmi 13% artıb. Lakin UNODC ekspertlərinin qeyd etdiyi kimi, nəzərə almaq lazımdır ki, “keçən il cavan olan kollar indi böyüyüb və məhsuldar olub”. “Başqa sözlə,” UNODC nümayəndəsi Leonardo Korrea izah edir, “ərazinin artım sürəti azalır. Amma kokain istehsalının sürəti artır”.
//Samir Qurbanov, Editor.az

