ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Kolumbiya prezidenti Qustavo Petro əvvəlcə kolumbiyalı miqrantların ölkəyə qaytarılmasına icazə verib, lakin sonra qərarını geri götürüb.
“Kolumbiya Prezidenti Petro uçuşlara icazə verib, lakin təyyarələr artıq havada olarkən icazəni ləğv edib” – Rubio deyib. “Hər bir ölkə ABŞ-da qanunsuz sayılan öz vətəndaşlarını geri qaytarmaq üçün ciddi və operativ tədbirlər görməyə borcludur”.
Rubio əlavə edib ki, “bugünkü hərəkətlər nümayiş etdirir ki, Birləşmiş Ştatlar “qeyri-qanuni immiqrasiyaya son qoymaq və Amerikanın sərhəd təhlükəsizliyini gücləndirmək öhdəliyimizdə sarsılmazdır”.
Yanvarın 26-da Petro bəyan etmişdi ki, o, Kolumbiyalı miqrantları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib. “Miqrant cinayətkar deyil və ona ləyaqətlə yanaşmaq lazımdır”, – Kolumbiya prezidenti qeyd edib. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasına digər məsələlərlə yanaşı, Kolumbiyadan idxala 25% həcmində ticarət rüsumları tətbiq etməyi tapşırıb.
Trampın təhdidlərindən sonra Kolumbiya prezidentinin internet saytı ABŞ-dan deportasiya edilən ölkə vətəndaşları üçün prezident təyyarəsi göndərəcəklərini açıqlamışdı.
//Samir Qurbanov, Editor.az