Kolumbiya prezidenti Qustavo Petro üsyançıların onun təyyarəsini vurmağı planlaşdırdıqlarını və bu məqsədlə iki raket aldıqlarını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə o, Kolumbiya polisinin yeni polis rəisinin andiçmə mərasimində verdiyi açıqlamada deyib.Petro yeni təyin olunmuş polis rəisi, general Karlos Fernando Triana Beltrana bu planların qarşısını almalı olduğunu söyləyib.
“General Triana, bunun qarşısını almalısan. Bilirəm, qorxuludur. Təyyarəmə raketlə hücum etmək istəyirlər, narkotik tacirləri onu alıb bir yerdə gizlədiblər. Təkcə bir yox, iki raketin kim olduğunu bilməliyik”,- deyə o bildirib.
Petro verdiyi açıqlamada onun vəzifədən uzaqlaşdırılmasının hazırda hökumət tərəfindən təqib edilən “böyük mafiya qrupları” olan narkotik tacirlərinə fayda verəcəyini bildirib. O, vəziyyəti ağır adlandıraraq ELN-ni Kolumbiyadakı ən böyük mafiya qruplarından biri adlandırıb.
Qustavo Petro hökuməti 2022-ci ilin yayında Kolumbiyada hakimiyyətə gələrək, ölkədəki çoxsaylı üsyançı qruplarla hərtərəfli sülh əldə edəcəyinə söz verib. İndiyə qədər Milli Azadlıq Ordusu (ELN) və Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrindən əldə edilən strukturlarla tam miqyaslı sülh prosesinə başlanılıb. Yanvar ayında Katatumboda baş verən qarşıdurmalardan sonra Petro ELN-nin bu bölgədəki hərəkətlərini müharibə cinayətləri kimi qiymətləndirərək, sülh üçün heç bir iradəsi olmayan bu strukturla sülh prosesini dayandırdığını açıqlayıb.
//Gülnarə Abasova, Editor.az