Kolumbiyada 7 cəsəd tapılıbbackend

Kolumbiyada 7 cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Santa Fe de Antioquia turizm şəhərində 7 cəsəd tapılıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Antioquia inzibati bölgəsindəki qəsəbənin çöl bölgəsində çoxlu cəsədin tapıldığı xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları, 7 nəfərin güllələnərək öldürüldüyünü təyin edib.

Hadisə yerində mətbuata açıqlama verən polis rəisi Uilyam Daniel Melo bildirib ki, işgəncə izləri olan cəsədlər müayinə olunmaq üçün məhkəmə tibb mərkəzinə aparılıb.

Kolumbiya mətbuatında dərc olunan xəbərdə cinayətlərdən Clan del Golfo şəbəkəsinin məsuliyyət daşıdığı və qeyri-qanuni qızıl ticarəti səbəbiylə bölgədə dəstələr arasında qarşıdurma yaşandığı bildirilib.

Kolumbiya prezidenti Qustavo Petro İsrail ordusunun Qəzzanın Deyr-Belah şəhərinə hücumunu “nasist hərəkəti” ilə müqayisə edib.

Petro “X” hesabında Deyr Belah şəhərinə bombalı hücumdan sonra görüntüləri paylaşan İsrailə sərt reaksiya verib.

Daha əvvəl İsrailin Qəzzaya hücumlarını nasist hərəkətləri ilə müqayisə edən Petro Qəzzada soyqırım törədildiyini bildirib.

İsrail gecə saatlarında Qəzza zolağının cənubundakı Xan Yunisə və Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərinə şiddətli hücuma keçib.

İsrail ordusu dekabrın 1-də “humanitar fasilə” başa çatdıqdan dərhal sonra Qəzza zolağına hücumlarını bərpa edib.

Gün ərzində verdiyi açıqlamada İsrail ordusu blokadada olan Qəzza zolağında son 24 saat ərzində 400-dən çox məntəqənin hədəfə alındığını bildirib.

//Səbinə Hüseynli, Editor.az