Komandası uduzdu və dərhal güllələndibackend

Komandası uduzdu və dərhal güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın “Tiqres” futbol klubunun prezidenti Edqar Paes ikinci liqa matçında “Atletiko Madrid”ə uduzduqdan (2:3) sonra Boqotada güllələnib.

Editor.az bildirir ki, bu barədə mətbuat xidməti komandanın X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında məlumat yayıb. “Biz komandamızın prezidenti Edqar Paezin öldürüldüyünü dərin hüznlə elan edirik. Bu xoşagəlməz hadisə o, “Atletiko Madrid”lə oyundan sonra evə qayıdarkən baş verib”, – deyə məlumatda bildirilir.

“El Colombiano” polis hesabatına istinadən yazır ki, Paez “Metropolitano de Techo” stadionunun yaxınlığında avtomobil idarə edərkən sinə, boyun və kəllə nahiyəsindən güllə yaraları alıb. O, xəstəxanaya aparılıb və orada ölüb. ESPN-in məlumatına görə, klub prezidenti motosikletlə keçən iki nəfərdən biri tərəfindən vurulub. Edqar Paez hücum zamanı qızı ilə birlikdə olub.

Qızı xəsarət almayıb. Qeyd edək ki, 63 yaşlı Edqar Paes 2015-ci ildən kluba rəhbərlik edir. Onun rəhbərliyi altında “Tiqres” tarixində ən böyük uğura imza atıb və 2016-cı ildə elit diviziona yüksəlib. Lakin bir ildən sonra yenidən ikinci liqaya qayıdıb. Bu mövsüm klub divizionun autsayderlərindən biridir.

//Samir Qurbanov, Editor.az