“Komedixana”dan gedən aktrisanı təhqir etdi – VİDEObackend

“Komedixana”dan gedən aktrisanı təhqir etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Cavidan Novruz Firuzə Balayevanın “Komedixana” haqda qalmaqallı açıqlamasına münasibət bildirib.

Editor.az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda status paylaşıb. Cavidan ad çəkmədən həmkarının ünvanına sərt sözlər qeyd edib:

“Mənə inanın ki, yaxşı at özünə qamçı vurdurmaz! Problemli insan hər yerdə problemlidir və belə də yaşayacaq! O ki qaldı, ağıllı olmayıb ağıllı yerdə görünmək istəyənlərə… İnsana deyərlər ki, özündə zərrə qədər ağıl yoxdursa, hansı cəsarətlə ağıllı yerdə, ağıllı adamlarla işləmək tələbini edirsən? İnsanın ki, çörəyi dizinin üstündədirsə, Allah hər zaman belindən vuracaq. Hər şeydə uğursuz, yarımçıq olacaqlar”.

Qeyd edək ki, F. Balayeva bir neçə gün öncə “Səhərin səsi” verilişində qonaq olarkən “Komedixana” proqramından ayrıldığını demişdi. Bundan əlavə o, veriliş haqda “Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az “şiti çıxarılan” yer mənlik deyil” kimi fikirlər səsləndirmişdi.

Milli.Az

İl