KOMİTƏ SƏDRİ TANINMIŞ VƏKİLƏ QARŞI TƏZYİQLƏRƏ BAŞLAYIB – Açıqlamabackend

KOMİTƏ SƏDRİ TANINMIŞ VƏKİLƏ QARŞI TƏZYİQLƏRƏ BAŞLAYIB – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov tanınmış vəkil, “AzPolitika.info” saytında baş redaktorun hüquq məsələləri üzrə müşaviri Ceyhun Yusifova qarşı təzyiqlərə başlayıb.

Bu barədə Ceyhun Yusifov “AzPolitika”-ya açıqlamasında məlumat verib.

“Şahin Bağırov peşəkar, təcrübəli, illərini gömrük sisteminin təkmilləşdirilməsinə sərf etmiş gömrükçüləri sırf regional bağlılığına, köhnə komandada işlədiyinə görə təqaüd hüququndan məhrum edərək müxtəlif bəhanələrlə xidməti vəzifələrindən kənarlaşdırır. Bu şəxslərin hüquqlarının məhkəmə qaydasında müdafiəsinə başladığım üçün şəxsən komitənin rəhbərliyi tərəfindən bu və ya digər formada mənə təzyiqlər edilir.

Bununla kifəyətlənməyərək, mənim Vəkillər Kollegiyasında cəzalandırılmağımla bağlı komitəni də hərəkətə keçiriblər. Şahin Bağırova tövsiyəm odur ki, mənə qanunsuz təsirlər etməkdənsə, peşəkar əməkdaşlarını qorumaqla öz üzərinə düşən vəzifəsini yerinə yetirməklə məşğul olsun!”,- deyə o, bildirib.

Vəkilin bu açıqlaması ilə bağlı Gömrük Komitəsinin də mövqeyini işıqlandırmağa hazırıq.