Konfrans Liqası: “Neftçi” Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdırbackend

Konfrans Liqası: “Neftçi” Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

Editor.az xəbər verir ki, “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olub. “Qrbavitsa” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb – 3:1.