Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşibbackend

Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Konfrans Liqasında Azərbaycanın “Neftçi” və “Qarabağ” klublarının növbəti mərhələdəki rəqibləri müəyyənləşib.

Editor.az Trend-ə istinadən bildirir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Şotlandiyanın “Aberdin” klubu olacaq.

İlk qarşılaşma avqustun 19-u Bakıda, cavab qarşılaşması isə avqustun 26-sı Şotlandiyada keçiriləcək.

“Neftçi”nin pley-offdakı rəqibi israilin “Makkabi” (Hayfa) komandası olacaq. İlk oyun avqustun 19-u Bakıda, cavab qarşılaşması isə avqustun 26-sı İsraildə keçiriləcək.