Konkan 2025: Britaniya və Hindistan təyyarələri hava döyüşündə qarşılaşdıbackend

Konkan 2025: Britaniya və Hindistan təyyarələri hava döyüşündə qarşılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konkan 2025 təlimləri çərçivəsində Hindistanın Su-30MKI və Jaguar qırıcıları Britaniyanın F-35B təyyarələri ilə simulyasiya edilmiş hava döyüşü keçirdi.

Editor.az xəbər verir ki, Manövrlər HMS Prince of Wales avianosunun və ona aid döyüş qrupunun müdafiəsi senarisi əsasında təşkil olunub, xəbər verir Militarniy.

Təlimlərdə 8 Su-30MKI və 4 Jaguar IN qırıcıları, İl-76 bazalı uzaq radar müşahidə təyyarəsi ilə müşayiət olunaraq avianosu və onun döyüş qrupunu simulyasiya edilmiş hücumlarla sınağa çəkiblər. Britaniya tərəfi isə 6 F-35B Lightning II təyyarəsi ilə avianosu qoruyaraq “hücum edən” təyyarələri geri oturdub.

Mütəxəssislər bildirirlər ki, bu tip təlimlər həm hava, həm də dəniz qüvvələrinin qarşılıqlı əlaqəsini gücləndirir, müasir döyüş taktikalarının sınağından keçməsinə imkan yaradır.

//Samir Qurbanov, Editor.az