Konqo prezidenti: “COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri yeni ideyalar təqdim edəcəklər”backend

Konqo prezidenti: “COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri yeni ideyalar təqdim edəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb, bütün dünya səviyyəsində yeni ideyaları ətraflı müzakirə edəcəyik”.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un Mavi Zonasında Konqo Milli pavilyonunda çıxış edən Konqo Prezidenti Deni Sassu-Nqesso deyib.

Konqonun hər bir şəhərini yaşıl şəhərə çevriləcəyinin planlaşdırıldığını diqqətə çatdıran prezident, bu məqsədlə minlərlə ağacın əkildiyini deyib.

“Bütün hakimiyyət orqanlarına müəyyən direktivlər göndərmişəm ki, bütün əhali, xalqımız bu əkilmiş ağacların qorunmasını diqqətdə saxlasın. Gənclərin bu məsələni nəzərdə saxlaması daha çox məqsədə uyğundur. Brazavildə və digər şəhərlərdə bu istiqamətdə, xüsusilə ölkədə meşəsalmalara həsr olunmuş müxtəlif konfranslar və tədbirlər təşkil etmişik. Hazırda COP29 çərçivəsində biz bir sıra böyük tədbirlər təşkil edirik ki, Afrikanın 15 ölkəsi, həmçinin Karib ölkələri ilə birgə çalışacağıq ki, təbii ehtiyatlar yaşıllaşmanın inkişaf etdirilməsinə həsr olunsun və hər bir ölkənin ÜDM-ə daxil edilsin. Noyabrın 13-də COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb bütün bu məsələləri ətraflı müzakirə edəcəyik. Burada biz dünya səviyyəsində yeni ideyaları müzakirə edəcəyik. Bu isə təbii zənginliklər ölkənin ÜDM-in dəyəri kimi qeydə alınsın”, – deyə Konqo prezidenti bildirib.