Konqoda naməlum xəstəlikdən 15 nəfər ölübbackend

Konqoda naməlum xəstəlikdən 15 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının qərbində həkimlər son həftələrdə yaşı 60-80 aralığında olan 15 nəfərin naməlum xəstəlikdən öldüyünü bildiriblər.

Editor.az APA-ya istinadən xəbər verir ki, Kvanqo əyalətinin Qubernatoru Cin-Marie Petit deyib ki, ölüm səbəbi müəyyənləşdirilməyib: “Xəstəlik baş ağrısı ilə başlayır, sonra bədəndə ağrı hiss olunur….”.

Qeyd edək ki, xəstəliyin yayılma mərkəzi Anqola ilə sərhəddə yerləşən Kasonqo Lunda bölgəsidir. İlk yoluxmuş şəxs fevralın əvvəllərində müəyyən edilib. Ölənlərdən götürülən toxuma nümunələri tədqiqat üçün ölkənin paytaxtı Kinşasadakı araşdırma mərkəzlərindən birinə göndərilib.