Konqoda üsyançılar hücuma keçdi: 50 nəfər həlak olubbackend

Konqoda üsyançılar hücuma keçdi: 50 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasında yeni qarşıdurma yaşanır. Editor.az xəbər verir ki, Konqo Ordusunun sözçüsü mayor Sylvain Ekenge, 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupun üzvlərinin Şimali Kivu əyalətinin Rutşuru bölgəsində hücum təşkil etdiyini bildirib.

Ekenge hücumda 50 mülki vətəndaşın öldüyünü və bir çoxunun qaçırıldığını deyib.

Konqo hökuməti iddia edir ki, Şimali Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməyə çalışan “M23” təşkilatını Ruanda dəstəkləyir.

Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir.

Birləşmiş Millətlər Təşkilatının(BMT) hesabatlarına görə, Konqo sərhədlərində çıxarılan bəzi qiymətli metallar sərhəd bölgələrindəki üsyançılar tərəfindən qonşu ölkələrə qaçaqmalçılıq yolu ilə keçirilir.

//Samir Qurbanov, Editor.az