ABŞ Konqresinin Donald Trampın elan etdiyi iqtisadi fövqəladə vəziyyəti aradan qaldırmaq imkanı var ki, bu da ona idxal olunan mallara rüsumlarla bağlı qərarını geri qaytarmağa imkan verəcək.
Editor.az xəbər verir ki, bunu ABŞ Demokrat senatoru Elizabet Uorren bildirib. Onun sözlərinə görə, bunun üçün sadə səs çoxluğu lazımdır. “Konqres Donald Trampa fövqəladə səlahiyyətlər verib, lakin o, sadə səs çoxluğu ilə fövqəladə vəziyyətin olmadığını bəyan etmək səlahiyyətinə malikdir və onun bütün bu tarifləri tətbiq etməsinə mane olocaq”, – Uorren MSNBC-də deyib. Senator iddia edib ki, Demokratlar Partiyasının qanunverici orqandakı bütün nümayəndələri belə bir addım atmağa hazırdırlar.
O, qeyd edib ki, bir neçə respublikaçı təşəbbüsə qoşulsa, prezidentin sərəncamı ləğv ediləcək.
“Donald Trampın yaratdığı və iqtisadiyyatımızı uçuruma sürükləyən bu tarif fəlakətinə son qoymaq üçün kifayət qədər gücümüz olacaq”, – Uorren vurğulayıb.
//Samir Qurbanov, Editor.az