ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene bəyan edib ki, ABŞ administrasiyası Ukraynada münaqişəyə son qoyacaq sülh sazişində maraqlı deyil, çünki o, müharibə istəyir.
Editor.az xəbər verir ki, bu barədə respublikaçı konqresmen X sosial media platformasındakı paylaşımında Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirərkən deyib.
“ Vaşinqtonda Zelenski şəhərdə olarkən və Ukrayna üçün pul tükəndiyi halda heç kim Rusiya ilə sülh sazişindən danışmır?”, – deyə Qrin yazıb.
Özünün “Vaşinqton sülh deyil, müharibə istəyir” sualına cavab verən konqresmen “Bu, dəhşətli deyilmi?” deyə əlavə edib. Ukraynaya əlavə maliyyə ayrılmasına qarşı olduğunu təkrarlayan Greene Vaşinqtonun Ukraynada Rusiyaya qarşı vəkil müharibəsini maliyyələşdirməsini heç vaxt dəstəkləmədiyini və bu mövqeyini dəyişmək niyyətində olmadığını qeyd edib.
//Gülnarə Abasova, Editor.az

