Konstantin Ata: “Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqları bərpa etmək üçün hər şeyi edəcək”backend

Konstantin Ata: “Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqları bərpa etmək üçün hər şeyi edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan demokratik ölkədir, biz pravoslav xristianları müsəlmanlar kimi bu ölkənin vətəndaşlarıyıq və 30 il ərzində işğal olunmuş torpaqlarımızda baş verənlərə biganə deyilik”.

Editor.az-ın xəbərinə görə, bunu Rus Pravoslav Kilsəsinin Bakı nümayəndəliyinin mətbuat katibi Konstantin Ata deyib.

O bildirib ki, işğaldan azad olunmuş torpaqlara səfərləri pravoslav xristianların da burada məhv edilmiş mədəni, dini, tarixi abidələrə laqeyd olmadıqlarının göstəricisidir: “Çünki Azərbaycanda biz hamımız birik, xristian da, müsəlman da, yəhudi də birdir. Hamımız bu ölkənin vətəndaşlarıyıq. Buna görə də hamımız eyni şəkildə dua edir, xalqımızın və torpaqlarımızın bundan sonrakı həyatı və taleyi barədə narahat oluruq. Demək istəyirəm ki, Cənab prezident, Ali Baş Komandan, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqları bərpa etmək üçün hər şeyi edəcək, bu ərazilər yenidən özünün tarixi abidələri ilə işıq saçacaq, insanlar yenidən məscidləri, kilsələri, sinaqoqları ziyarət edə biləcəklər. Əlbəttə, hər şeyi edəcəklər ki, torpaqlarımız təkcə iqtisadi cəhətdən deyil, mədəni, ruhani cəhətdən də inkişaf eləsin”. APA

Loading...