“”Kontakt Home” kimi şirkətlər məhkəmə icraçıları ilə əlbir olub, insanlardan hədə-qorxu ilə pul alırlar” – İDDİAbackend

“”Kontakt Home” kimi şirkətlər məhkəmə icraçıları ilə əlbir olub, insanlardan hədə-qorxu ilə pul alırlar” – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Partiyanın sədri Tural Abbaslının mətbuata verdiyi açıqlamasında “”Kontakt Home” kimi şirkətlər məhkəmə icraçıları ilə əlbir olub, insanlardan pul alırlar. Həmin şirkətlər icraçıların adından zəng edib borcu olan vətəndaşlara hədə-qorxu gəlir” deməsi müzakirə yaradıb. Bildirilir ki, Tural Abbaslıda bu barədə heç bir fakt yoxdur, partiya sədri ümumi danışır. Qeyd olunur ki, vətəndaş borcu ödəyə bilməyəcəyini bilirsə, kredit götürməməlidir.

T.Abbaslı açıqlamasında fikirlərinə belə aydınlıq gətirib:

“Hansı formada fakt istəyirlər? Gedək şəkillərini çəkək, yoxsa səslərini yazaq? Bu, olan şeydir və bunu “Kontakt Home”da işləyənlərdən də soruşa bilərlər. Bir çox borclulardan da eşitmişəm ki, onlara zəng edib məhkəmə icraçısı olduqlarını deyirlər. Araşdırılsın, görək necədir. Məhkəmə icraçılarının sayı nə qədərdir ki? Amma ölkədə minlərlə problemli kreditlər var. Məhkəmə icraçıları bütün işini-gücünü, digər məhkəmə qərarlarını atıb kənara, elə ancaq məişət əşyaları satan dükanların kreditlərini yığmaqla məşğuldurlar? Bu fakt var və istənilən orqan da bunu araşdıra bilər. Araşdırmaq o qədər də qəliz məsələ deyil. Sadəcə, özəl şirkətlər və dövlətin bəzi qurumları əlbir olub, xalqdan son qəpiyinə qədər almaqla məşğuldurlar. Hə, pulları yoxdur deyə vətəndaşlar kredit almasınlar? Bu dövlət də hamınındır, var-dövlət də, sərvət də, neft də, qaz da… İndi kimlərsə ata-babasının, əmisinin-dayısının hesabına gəlib harasa çatıbsa, o demək deyil ki, onlar buna layiqdirlər. Ədalətli iqtisadi münasibətlər də yoxdur, şəffaf rəqabətli bazar iqtisadiyyatı da. Qanunlar işləmir. Belə yerdə isə təbii ki sadə insanların normal gəlir əldə etməsi mümkün deyil deyə kredit verən mağazaların ümidinə qalırlar. Onda yıxılıb ölək? Kasıbıqsa, Azərbaycanda yaşamaq olmaz? Azərbaycanda məişət əşyası, telefon, televizor istifadə etmək olmaz? Kasıbsansa, yıxıl öl, hə? Onda dövlət nəyə lazımdır?”

Pravda.az