“Report”un məlumatına görə, müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndəsinin üzvü Könül Nurullayeva da bir şox səmərəli təkliflər irəli sürüb. Millət vəkili bildirib ki, bu mövzuda ticarət tərəfdaşları ilə tənzimləyici əməkdaşlığın yaradılması prioritet məsələdir: “Hesab edirəm ki, davamlı inkişaf məqsədilə ən çox ehtiyac duyulan ərazilərdə tibbi ləvazimatların ilkin təşkili gündəlikdə müzakirə olunmalıdır. Tədqiqatın vacibliyini nəzərə alaraq, tibbi təchizat zəncirindəki dekonstruktiv hadisələrin öyrənilməsi üçün məlumat bazalarının yaradılması və izlənilməsi də mühüm əhəmiyyət kəsb edir”.
Toplantıda iştirak edən digər parlamentarilər də mümkün böhranlara hazır olmaq üçün preventiv tədbirləri əks etdirən təklif və tövsiyələr səsləndiriblər.

