Könül Nurullayeva: “Ermənistan Bərdə terrorunun bədəlini ağır şəkildə ödəyəcək”backend

Könül Nurullayeva: “Ermənistan Bərdə terrorunun bədəlini ağır şəkildə ödəyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror hadisəsi düşmənin döyüş meydanında uğradığı məğlubiyyətin aqressiyasıdır.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, təəssüflər olsun ki, Bərdə şəhərinin növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalması nəticəsində 20-dən çox nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb:
“Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı da raket atəşi nəticəsində həlak olub, bir əməkdaşı isə ağır yaralanıb. Bundan 1 gün öncə isə düşmən yenə Bərdədə 1-i azyaşlı olmaqla 4 nəfərin ölümünə səbəb olan terror aktı həyata keçirdi. Döyüş bölgəsindən kilomertlərlə uzaq olan ərazilər mütəmadi olaraq atəş altında saxlanılır. Azərbaycan Ordusu öz torpaqlarını mənfur düşməndən azad etdikcə işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi nəzarəti itirir və terror aktlarına əl atır. Artıq Ermənistanın müharibə cinayətlərinin sayı pik həddə çatıb. Dünya birliyi işğalçının bu aqressiyası ilə bağlı təzyiqləri artırmalı, Ermənistan rəhbərliyi törətdiyi terror aktlarına görə məsuliyyətə cəlb olunmalıdır. İlk növbədə həmsədrlər Azərbaycanın mülki vətəndaşlarına qarşı qeyri-insani hərəkətləri ən azından pisləməlidir. Onsuz da bu 30 ildə biz vasitəçi ölkələrdən münaqişə ilə bağlı ədalətli mövqe görmədik. Amma hazırda Ermənistan rəhbərliyinin daha azğın addımlarının – mülki insnlarımızı qətlə yetirməsinin şahidiyik. Azərbaycan Ordusu erməni terrorunun qurbanı olan mülki insanlarımızın qisasını elə döyüş meydanında alır. Düşmənin atəş nöqtələri, hərbi texnikası və hərbi infrastrukturu Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilir. Azərbaycana məxsus mülki infrastrukturun dağıdılması və sivil insanların qətlə yetirilməsi Ermənistana baha başa gəlir və bundan sonra da Ermənistan bu müharibə cinayətlərinə görə elə Azərbaycan Ordusu tərərfindən ən sərt şəkildə cəzalandırılmaqda davam edəcək. Ermənistan Bərdə terrorunun bədəlini daha ağır şəkildə ödəyəcək”, – K. Nurullayeva deyib.