Koreya yarımadasında gərginlik: Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava məkanına daxil oldubackend

Koreya yarımadasında gərginlik: Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava məkanına daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına əvvəlcədən xəbərdarlıq etmədən daxil olub.

Editor.az “Yonhap”a istinadən xəbər verir ki, buna cavab olaraq Cənubi Koreya hərbçiləri döyüş təyyarələrini qaldırıblar. Hadisə bu gün, noyabrın 29-da Şərq dənizi və cənub sahili sularında baş verib. 11 təyyarə (altı Rusiya və beş Çin təyyarəsi) ölkənin hava hücumundan müdafiə zonasına daxil olub. Lakin Birləşmiş Qərargah Rəisləri (JCS) dəqiqləşdirib ki, Cənubi Koreyanın hava məkanının pozulması qeydə alınmayıb.

Agentlik yazır ki, hava hücumundan müdafiə zonası ərazi baxımından hava məkanı deyil, lakin o, təsadüfi toqquşmaların qarşısını almaq və xarici təyyarələrin özünü tanıya bilməsi üçün təyin edilib. JCS əlavə edib ki, o, təyyarələri hələ tanınma zonasına daxil olmamışdan əvvəl aşkarlayıb. Rusiya hesab edir ki, hava hücumundan müdafiə identifikasiyası zonası Cənubi Koreya tərəfindən birtərəfli qaydada yaradılıb və digər ölkələr üçün hüquqi öhdəlik yaratmır. 2023-cü ildə Cənubi Koreya hakimiyyəti birgə hava patrullarına görə Rusiya və Çinə etiraz edib.

//Samir Qurbanov, Editor.az