Koreya yarımadasında “termonüvə müharibəsi” yaranıb – Şimali Koreya lideri Kim Çen Inbackend

Koreya yarımadasında “termonüvə müharibəsi” yaranıb – Şimali Koreya lideri Kim Çen In

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya yarımadasındakı vəziyyət “termonüvə müharibəsi”ni təhrik edə bilər. Bunu Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən Şimali Koreya lideri Kim Çen In deyib.

O əlavə edib ki, Amerika tərəfi ilə danışıqlardan sonra KXDR ABŞ-ın düşmənçilik siyasətinə əmin olub.

Şimali Koreya lideri bunu Pxenyanda keçirilən silah sərgisində deyib: “Münaqişə tərəfləri heç vaxt… hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək belə təhlükəli və kəskin qarşıdurmaya olmayıblar”. Kim Çen In qeyd edib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiq qüvvələrini yerləşdirməklə, KXDR-i cilovlamaq üçün nüvə silahından kollektiv şəkildə istifadə etmək hüququ ilə hərbi bloklar sistemini genişləndirməklə eskalasiya edir.

Daha əvvəl “Reuters” mənbələri bildirmişdilər ki, prezident Co Bayden KXDR hərbçilərinin münaqişədə iştirakına cavab olaraq Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı Amerika raketlərindən istifadə etməsinə etirazından imtina edib.

//Samir Qurbanov Editor.az