Körfəz yanır: Qətərdə zavod alovlandı – Videobackend

Körfəz yanır: Qətərdə zavod alovlandı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə enerji infrastrukturu ətrafında gərginlik sürətlə artır.

Musavat.com xəbər verir ki, İranın hücumundan sonra Qətərin Ras-Laffan neft-qaz kompleksində güclü yanğın baş verib. Hadisə regionda təhlükəsizlik balansını sarsıdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qətər rəsmiləri zərbəni kəskin şəkildə pisləyərək bunun təhlükəli eskalasiya olduğunu vurğulayıb və cavab hüququnu özündə saxladıqlarını bəyan ediblər. Bildirilib ki, enerji obyektlərinin hədəfə alınması təkcə ölkə üçün deyil, qlobal bazarlar üçün də ciddi risk yaradır.

Eyni vaxtda Birləşmiş Ərəb Əmirlikləri də İsrailin İran ərazisində yerləşən qaz yatağına hücumuna münasibət bildirib. BƏƏ Xarici İşlər Nazirliyi bu addımı “təhlükəli eskalasiya” adlandıraraq regionda vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edib.