“Koroğlu” – Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?backend

“Koroğlu” – Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “Koroğlu” stansiyasından Buzovna qəsəbəsinə hərəkət edən 107 saylı marşrut avtobuslarında sürücülər tərəfindən özünəməxsus gediş tarifləri müəyyənləşdirilib. Belə ki, son qiymət artımından sonra gediş haqqı 70 qəpik müəyyənləşsə də, sürücü sərnişinlərdən 80 qəpik tələb edib.

Bu barədə Bizim.media-ya həmin avtobusdan mütəmadi istifadə edən bir neçə sərnişin məlumat verib.

Onların sözlərinə görə, sürücülər kartsız işləyən bu avtobusda hər dəfə sərnişinlərdən fərqli gediş haqqı tələb edirlər. Bu isə haqlı olaraq sərnişinlərin ciddi narazılığına və narahatlığına səbəb olub.

Maraqlıdır, təqdim olunan gediş haqqından çox ödəniş tələb edən belə sürücülər barədə hansı tədbirlər görüləcək?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, fakt araşdırılacaq:

“Məsələ araşdırılacaq. Belə hal müəyyən edilərsə, sürücü barədə tədbir görüləcək. Həmçinin, daşıyıcıya tarifin düzgün tətbiqi və gediş haqqının sərnişinlərin görə biləcəyi yerdə yerləşdirilməsi ilə bağlı tapşırıq verilib”.