“Koroğlu”da taksi sürücüsü namus üstündə öldürülüb – YENİLƏNİBbackend

“Koroğlu”da taksi sürücüsü namus üstündə öldürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Editor.az  lent.az-a istinadən bildirir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.

Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.

——-

11:56

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Milli.Az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.